Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.
Təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfüqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
22-27 mart 2022-ci il tarixlərində təmir işləri aparılan küçə və prospektlərin S İ Y A H I S I 1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər); 2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər); 3 Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə); 4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi); 5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər); 6 Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə); 7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər); 8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər); 9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə); 10 Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar); 11 Şəhər şossesi (Zabrat yolu); 12 "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində); 13 Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində); 14 Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi; 15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi; 16 Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).