“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlikdən
Azadmedia.az-a verilən məlumata görə rəhbərliyin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.