AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NÖVBƏTİ “AÇIQ MİKROFON” AKSİYASI PAYTAXTIN NƏSİMİ RAYONUNDA BAŞ TUTDU

  • + A
  • - A
  • 7-04-2022, 17:52

    NÖVBƏTİ “AÇIQ MİKROFON” AKSİYASI PAYTAXTIN NƏSİMİ RAYONUNDA BAŞ TUTDU

    ““Azəriqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq regionlarla yanaşı, paytaxtda da “Açıq mikrofon” aksiyaları həyata keçirilir. Məqsədimiz yerlərdə sahibkarların, abonentlərin problem və təkliflərini dinləmək, onlara daha çox əlçatan olmaqdan ibarətdir”. Bu sözləri “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq mikrofon” aksiyası çərçivəsində paytaxtın Nəsimi rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. Şöbə rəisi aksiya çərçivəsində daxil olan müraciətlərin həlli istiqamətində indiyədək görülən işlər barədə məlumat verib. “Azəriqaz” İB-nin təşkilatçılığı ilə keçirilən görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Görüş iştirakçılarının problem və təkliflərini səsləndirmələri üçün “Səyyar qəbul otağı” onların ixtiyarında olub. “Kapital” və “Nəsimi 13” Mənzil Tikinti Kooperativlərinin (MTK) nümayəndələri istehlak olunan təbii qaza görə yaranmış debitor borc səbəbindən qaz təchizatının dayandırılmamasını, ödənişlərin edilməsi üçün onlara müəyyən tarixədək möhlət verilməsini xahiş ediblər. Digər müraciət isə çörək istehsalı ilə məşğul olan “Nur” MMC-nin nümayəndəsi Nurəddin Məmmədov tərəfindən ünvanlanıb. O, bəzi hallarda qaz təzyiqində azalmaların olduğunu bildirərək, təzyiqin stabil şəkildə tənzimlənməsini xahiş edib. Daxil olan bütün müraciətlərlə bağlı müvafiq izahatlar verilərək, qeydiyyat aparılı








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR