AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAŞ DİREKTOR CARİ İLİN BİRİNCİ RÜBÜNÜN HESABATINI VERDİ

  • + A
  • - A
  • 8-04-2022, 17:02

    BAŞ DİREKTOR CARİ İLİN BİRİNCİ RÜBÜNÜN HESABATINI VERDİ

    “Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 276 milyon kubmetr təbii qaz qəbul edib. Bu ilin 3 ayında qəbul olunmuş qaz həcminin 706 milyon kubmetri sənaye xətləri, 2 milyard 570 milyon kubmetri əhali xətləri üzrə olub. Bu, 2021-ci ilin yanvar-mart ayları üzrə müqayisədə qazın qəbulunda 247 milyon kubmetr artım olması deməkdir”. Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayənləri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə, mart ayında 1 milyard 114 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 251 milyon kubmetri sənaye xətləri üzrə, 863 milyon kubmetri isə əhali xətləri üzrədir. Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin mart ayının və cari ilin birinci rübünün yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İB-nin qaz itkiləri 7,6 % təşkil edib. Yəni, ötən ilin birinci rübü ilə müqayisədə 2,2 % azalma qeydə alınıb. Baş direktor bu ilin mart ayında isə qurumun qaz itkilərinin həcminin 9 % təşkil etdiyini, bunun da ötən ilin mart ayı ilə müqayisədə 1,8 % az olduğunu bildirib. Görüş zamanı Birlik rəhbəri təbii qazın yığım səviyyəsi ilə bağlı məlumatı da diqqətə çatdırıb. O bildirib ki, bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İB-nin satdığı təbii qazın pulunun yığım səviyyəsi 95,4 % təşkil edib. “İlin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qaz pulunun yığımı 18,8 % artıb” – deyə, o, qeyd edib. Yeni abonentlərin sayına gəldikdə isə baş direktor bildirib ki, bu ilin mart ayı ərzində 3 646 yeni abonent qeydə alınıb: “Yeni abonentlərin 3 488 nəfəri əhali, 158-si isə qeyri-əhali qrupu üzrə olub”. Həmçinin Ruslan Əliyev 2022-ci ildə ölkə üzrə qazlaşdırılma planından da söz açıb. O, qazlaşdırılması nəzərdə tutulan 69 kənddən 32-də, 62 yeni yaşayış massivinin 45-də hal-hazırda qazlaşdırılma işlərinin getdiyini qeyd edib. Bundan əlavə Birlik rəhbəri görüş zamanı media nümayəndələrinin suallarına da aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkələr üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR