Bu gün SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası baş tutub. Salyan rayonunda keçirilən görüşdə "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev, Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi, həmçinin Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin məsul şəxsləri həm sahibkarların, həm də sakinlərin problemlərini dinləyiblər. İstixana fəaliyyəti ilə məşğul olan Salyan rayonunun Qaraçala kənd sakini Aslan Vəliyev bir müddət öncə Birliyin baş direktoru Ruslan Əliyevə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsi üçün müəyyən möhlət verilməsini xahiş etdiyini bildirib. Sahibkar çətin durumda ona köməlik edildiyi, istixanada qaz təchizatının fasiləsiz təmin olunduğu üçün Birlik rəhbərinə təşəkkürünü bildirib. Salyan rayon sakini Tələt Zahidov və rayonun Sarvan kənd sakini Gülər İbrahimova fərdi qazlaşma ilə bağlı müraciət ediblər. Birliyin məsul şəxsləri tərəfindən mövcud prosedur qaydaları vətəndaşa izah olunub. Şəhid atası Mirzə İmanov torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan övladının xatirəsini əbədiləşdirmək üçün inşa etdirmək istədiyini bulaq abidənin yaxınlığından keçən qaz xəttinin mane olması ilə bağlı Birliyə müraciət etdiyini və qısa zamanda bu problemin aradan qaldırıldığını qeyd edərək minnətdarlığını bildirib. 2-ci Qarabağ müharibəsinin iştirakçısı Mirnurlan Mustafayev də fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətinin cavabsız qalmadığı üçün Birlik rəhbərinə təşəkkür edib.
Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya sayca 57-ci görüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.