SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (21-22.06.2022 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin ikinci günü saat 14:00-dan 15:00-dək Ağstafa rayonunda (Köçəsgər kəndi) 17:00-dan 18:00-dək Tovuz rayonunda (Çatax kənd icra nümayəndəliyinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, Tibb məntəqəsinin qarşısı), 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.