AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞERON SAKİNLƏRİ “AÇIQ MİKROFON” AKSİYASININ İMKANLARINDAN YARARLANIBLAR

  • + A
  • - A
  • 15-07-2022, 18:37

    ABŞERON SAKİNLƏRİ “AÇIQ MİKROFON” AKSİYASININ İMKANLARINDAN YARARLANIBLAR

    "Şıxəli Qurbanov küçəsində təzyiqin bəzi vaxtlarda zəif olmasının səbəbinin aydınlaşdırılmasını və aradan qaldırılmasını sizdən xahiş edirəm". Bu sözləri qeyd olunan küçədə yaşayan Mustafa Səfərov SOCAR "Azəriqaz" İstehsalat Birliyinin paytaxtın Abşeron rayonunda baş tutan növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib. "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ünvanlanan bu müraciətin araşdırılması ilə bağlı tapşırıq verərək, aksiyaya qatılan sakinlərin qaz təchizatıyla bağlı qarşılaşdıqları problemləri rahatlıqla səsləndirmələrini xahiş edib. Görüş zamanı qaz sayğacının quraşdırılması, işə qəbul və s. kimi müraciətlər ünvanlanıb.
    Aksiyada “Azəriqaz” İB-nin məsul şəxsləri ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndələri də iştirak ediblər. Səsləndirilən bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR