AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Endirimlərə dair reklam verilərkən nələrə diqqət yetirilməlidir?

  • + A
  • - A
  • 18-10-2022, 22:32

    Endirimlərə dair reklam verilərkən nələrə diqqət yetirilməlidir?

    Ölkədə fəaliyyət göstərən bir sıra bazar subyektləri tərəfindən daha çox alıcı cəlb etmək məqsədilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edilir. Bu cür endirimlər əsasən bayram günləri və mövsümlə əlaqədar tətbiq olunur.
    Endirim dedikdə daha çox müştəri cəlb etmək məqsədilə satıcı tərəfindən əmtəənin hazırki satış qiymətinin könüllü şəkildə monetar əsasda və ya faizlə azaldılması başa düşülür.
    Lakin endirimlərin tətbiqi zamanı bazar subyektləri tərəfindən əmtəələrin (malların) alınması zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmamasına, eyni zamanda satıcı tərəfindən istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti haqqında zəruri və düzgün məlumat verilməsinə diqqət yetirilməlidir.
    “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
    “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qanunsuz reklam üsullarından istifadə edilməsi haqsız rəqabətə səbəb olur və bu cür üsullar qadağandır. Belə hallara yol verən sahibkarlıq subyektləri barəsində Qanunda məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
    Qeyd olunanları nəzərə alaraq sahibkarlar tərəfindən qanun pozuntusuna yol verilməməsi və gələcəkdə onların məsuliyyətə cəlb edilməməsi üçün endirimlərlə bağlı reklam verilərkən mütləq qaydada aşağıdakı məlumatların göstərilməsi təmin edilməlidir:
    - qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;
    - qiyməti dəyişdirilən əmtəələrin siyahısı;
    - qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.
    Bundan əlavə, reklamın verilməsi ilə bağlı qanunvericiliyin digər tələblərinə də əməl edilməlidir:
    - Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.
    - Reklamda yalnız Azərbaycan ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi ilə göstərilməlidir.
    İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Əlaqə vasitələri: Qaynar xətt: 195-1; Email: office@competition.gov.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR