AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Turizm Bürosu Çinin beynəlxalq dərgisi tərəfindən mükafata layiq görülüb

  • + A
  • - A
  • 3-02-2023, 11:26

    Azərbaycan Turizm Bürosu Çinin beynəlxalq dərgisi tərəfindən mükafata layiq görülüb

    Azərbaycan Çinin “Voyage Magazine” jurnalının hər il keçirdiyi “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.

    “Voyage Magazine” jurnalı tərəfindən belə bir mükafata layiq görülməyin qürurverici olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, turizmin davamlı inkişafı destinasiyanın maddi irsinin, eləcə də yerli əhalinin turizmin təşviqinə cəlb edilməsindən başlayır.
    O qeyd edib ki, mədəni irsin və davamlı turizm təcrübələrinin təbliğ edilməsi ATB üçün vacib prioritetlərdəndir və qurum bu istiqamətlərdə səylərini davam etdirməkdə qərarlıdır.

    “Dayanıqlılıq mükafatları 2022” tədbiri Çində səyahət sahəsi üzrə keçirilən ən böyük və populyar tədbirlərdən biridir. Kampaniyanın rəsmi həştəqi təbliğat dövründə 32 milyon 485 mindən çox insana çatıb.

    Digər qaliblər arasında Serbiyanın Milli Turizm Təşkilatı, İspaniya Turizm İnstitutu (“Turespaña”), Honqkonq Turizm Bürosu və İtaliya Milli Turizm Bürosu da yer alır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR