Çin fevralın 6-dan mütəşəkkil səyahət qrupları üçün turist səfərlərini eksperimental olaraq bərpa edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda səlahiyyətli orqanlar tərəfindən təsdiqlənən siyahıya iyirmi ölkə daxil edilib. Onların arasında Rusiya, Argentina, Macarıstan, Misir, İndoneziya, Kamboca, Keniya, Laos, Malayziya, Yeni Zelandiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Fici, İsveçrə, Tailand, Cənubi Afrika Respublikası, Kuba, Maldiv adaları, Filippin və Şri-Lanka var.
Çin hakimiyyəti koronavirusun yayılması ilə mübarizə çərçivəsində 2020-ci ildə turist qruplarının xaricə səyahətini qadağan edib.
Yanvarın sonunda Primorsk diyarının turizm agentliyinin direktoru Arseni Krepski bildirib ki, Rusiya və Çinin Rusiya dövlət orqanları Primorsk diyarında keçid məntəqələri vasitəsilə turistlərin vizasız mübadiləsinin bərpasının əsas parametrləri barədə razılığa gəliblər.
Turizm ekspertləri həmçinin karantin aradan qaldırıldıqdan və ölkədən çıxış qadağasından sonra Çin vətəndaşları üçün Rusiyada tətil xərclərinin iki dəfə artacağını proqnozlaşdırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.