İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, zəlzələdən zərər çəkənlərə yardım və xidmətlər üçün yeni yardım paketi hazırlanıb.
Yardıma Türkiyə və Suriyada fəaliyyət göstərən Türkiyə qurumlarının və BMT agentliklərinin hesabatlarına uyğun olaraq çadır və ədyalların çatdırılması və tibbi müdaxilə qruplarının təyin edilməsi daxildir.
Suriyadakı qeyri-hökumət təşkilatlarına (QHT) ümumilikdə 25 milyon funt-sterlinq yardım göstəriləcək. Yardım paketində qadınlara, qızlara, mamalara, gender əsaslı zorakılıq qurbanlarına və məcburi köçkünlərə də xüsusi diqqət yetiriləcək.
Kahramanmaraşda "əsrin fəlakəti" adlandırılan zəlzələlərdən sonra İngiltərə əvvəlcə Türkiyəyə 77 nəfərlik axtarış-xilasetmə qrupu təyin edib, daha sonra təcili tibbi yardım qrupu ilə səhra xəstəxanasını göndərib.
Suriyadakı zəlzələ qurbanlarına gəlincə, bölgədə fəaliyyət göstərən “Ağ Dəbilqəlilər” adlı QHT-yə dəstək verən Böyük Britaniyanın zəlzələ günündən bu yana verdiyi yardımın məbləği 42,8 milyon lirəyə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.