AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bloomberg: İran uranı 84%-ə qədər zənginləşdirib ki, bu da nüvə silahı yaratmaq üçün lazım olandan...

  • + A
  • - A
  • 20-02-2023, 01:08

    Bloomberg: İran uranı 84%-ə qədər zənginləşdirib ki, bu da nüvə silahı yaratmaq üçün lazım olandan...

    Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ötən həftə İranda 84% zənginləşdirilmiş uranı aşkar edib. Azadmedia.az xəbər verir ki, bu barədə mənbələr Bloomberg-ə bildiriblər. Bu, nüvə silahı yaratmaq üçün tələb olunan səviyyədən 6% aşağıdır. Tehranın özü əvvəllər beynəlxalq müşahidəçilərə bildirib ki, onun sentrifuqaları uranı 60%-ə qədər zənginləşdirməyə imkan verir.

    MAQATE müfəttişləri İranın bu səviyyəyə qədər zənginləşdirilmiş uranı bilərəkdən istehsal edib-etmədiyini araşdıracaq. Bloomberg-in məlumatına görə, beynəlxalq təşkilat bir ay ərzində ikinci dəfə "şübhəli zənginləşdirmə ilə bağlı fəaliyyət" müşahidə edib.

    MAQATE-nin nümayəndə heyəti yanvar ayında Fordo obyektində elan edilməmiş təftişdən sonra İranı uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki kaskadının işində elan olunmamış dəyişikliyə görə tənqid edib. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi MAQATE-nin hesabatının köhnəlmiş məlumatlara əsaslandığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR