Fevral ayında baş verən dağıdıcı zəlzələlər nəticəsində Türkiyədə 658 mindən çox, Suriyada isə 170 minə yaxın insan gəlirlərini itirib. Azadmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb.
Hesabat müəllifləri əlavə edib ki, ölkə hakimiyyətinin məlumatına görə, “150 mindən çox iş yeri yararsızdır. "
"12 ildir davam edən vətəndaş müharibəsinin artıq iqtisadiyyata və əmək bazarına böyük ziyan vurduğu Suriyada zəlzələlər nəticəsində təxminən 170 min işçinin işini itirdiyi təxmin edilir", - hesabatda deyilir. Bu, "təxminən 154.000 ev təsərrüfatına və 725.000-dən çox insana birbaşa təsir göstərdi".
BƏT zəlzələlər nəticəsində gəlirlərini itirmiş sakinlərə təcili və məqsədyönlü dəstək göstərilməsə, Türkiyə və Suriyada yoxsulluğun artacağını proqnozlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.