AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Bakıda Azərbaycan-Amerika forumu keçiriləcək

  • + A
  • - A
  • 3-04-2023, 10:30

    Bu gün Bakıda  Azərbaycan-Amerika forumu keçiriləcək

    Bu gün Bakıda “yaşıl” enerji mövzusunda Azərbaycan-Amerika forumu keçiriləcək. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, tədbirin təşkilatçıları nazirlik və İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir.

    Forumda iki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları, yaşıl enerji layihələri üzrə uzunmüddətli planlar, yaşıl hidrogen layihələri, elektrik enerjisi istehsalında mövcud vəziyyət, eləcə də təmiz enerji texnologiyalarının tətbiqi məsələləri müzakirə olunacaq.

    Tədbir çərçivəsində Azərbaycan və Amerika şirkətlərinin iştirakı ilə işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR