Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılacağına ümid etdiyini bildirib. Azadmedia.az xəbər verir ki, o, bu barədə TRT Türk telekanalının efirində bildirib.
“Biz Ukrayna və Rusiya liderləri (Vladimir Zelenski və Vladimir Putin) ilə münasibətlərdə yaradılmış əlverişli atmosferdən həm əsirlərin mübadiləsində, həm də taxıl dəhlizinin təşkilində istifadə etdik”, – Türkiyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir, müqavilənin uzadılmasını səbirsizliklə gözləyirlər.
Aprelin 29-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, BMT-nin baş katibi Antonio Quterreşin məktubunda ifadə olunan taxıl sazişi ilə bağlı ideyalar idarələrarası formatda nəzərdən keçirilir və işlənir.
BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT baş katibi rəsmi kanallar vasitəsilə Rusiya tərəfdən taxıl sazişi ilə bağlı ötürülən mesaja cavab gözləyir.
Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinlə telefon danışığı zamanı taxıl müqaviləsinin müddətinin uzadılmasının vacibliyini bəyan etdiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.