Azadmedia.az xəbər verir ki, ADSEA sədrinin əmrinə əsasən, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və yerli icra hakimiyyəti orqanları ilə birgə iş aparılır. İçməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə Fəaliyyət Planı təsdiq edilib və may ayının 1-dən işlərə başlanılıb. İlk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr, bir sözlə, iri su istehlakçılarının su sərfi təhlil olunur.
Elektron idarəertmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı qeyri-qanuni qoşulmalar barədə məlumat verərək bildirib ki, bəzi vətəndaşlar və obyekt sahibləri texniki şərt almadan özbaşına su xətti çəkirlər, bəzi hallarda isə abonent sayğacından əlavə qeyri-qanuni xətt çəkərək sudan istifadə edir. Belə hallara daha çox Bakıətrafı qəsəbələrdə, xüsusilə Binəqədi, Abşeron, Sabunçu, Suraxanı və Xəzər rayonlarında rast gəlinir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.