Azərbaycan Avropa Komissiyası ilə Xəzər-Avropa yaşıl enerji dəhlizinin yaradılmasını müzakirə edib.
Müzakirə Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Enerji Siyasəti Strategiyası və Əlaqələndirmə Baş Direktorluğunun rəhbəri Kristina Lobillo Borrero arasında keçirilən görüşdə baş tutub.
Görüşdə, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Növbəti addımlar müəyyən edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.