Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində xarici və Avropa işləri naziri Miroslav Vlaxovski ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflərin geniş tərkibdə görüşündə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi, enerji, turizm, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə olunub.
V.Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının münaqişədən sonrakı prosesi, mina təhlükəsi barədə məlumat verib.
Bundan əlavə, minatəmizləmə prosesində müvafiq Slovakiya avadanlıqlarından istifadə olunduğu bildirilib və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.