AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqına üzv olan ölkələrin səfirləri Lənkəran ŞİH-də

  • + A
  • - A
  • 10-06-2023, 22:56

    Avropa İttifaqına üzv olan  ölkələrin səfirləri Lənkəran ŞİH-də

    Azadmedia.az xəbər verir ki, iyunun 9-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa İttifaqına daxil olan 12 dövlətin - Almaniya, Belçika, İsveç, Niderland, Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Xorvatiya - ölkəmizdəki səfirlərindən və diplomatlarından ibarət nümayəndə heyəti “Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər ediblər. Səfər zamanı qonaqlar Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüblər. İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin Avropa İttifaqı və eləcə də quruma üzv olan dövlətlərlə ikitərəfli münasibətləri yüksələn xəttlə inkişaf edir. Taleh Qaraşov "Avropa şəhərciyi" tədbirini Aİ və Azərbaycan arasındakı münasibətlərin inkişafının məntiqi nəticəsi olaraq qiymətləndirib. Onun sözlərinə görə, sözügedən tədbir lənkəranlılara Aİ-ni və üzv ölkələrin mədəniyyətlərini, dəyərlərini tanımağa, öyrənməyə imkan verir. İcra başçısı rayon haqqında, onun turizm potensialı barədə xarici diplomatlara geniş məlumat verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR