Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirliyin rəhbəri Hakan Fidan BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı taxıl müqaviləsi və Suriyaya humanitar yardımın göstərilməsini müzakirə edib.
“Söhbət zamanı taxıl sazişinin həyata keçirilməsi və Suriyaya humanitar yardımın göstərilməsi məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri taxıl sazişini, İsveçin NATO-ya qəbul prosesini, həmçinin Vaşinqton və Ankara arasında hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.
İyunun 26-da RİA Novosti-dəki mənbə bildirib ki, taxıl sazişinin şərtlərinin uzadılması üzrə danışıqlar prosesi, o cümlədən ən yüksək səviyyədə bu ilin iyulunda başlaya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.