Azərbaycan və Pakistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair tədbirlər planı imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ölkədə səfərdə olan Pakistanın insan resurslarının inkişafı və xaricdə yaşayan pakistanlılarla iş üzrə naziri Sajid Hussain Turinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan yüksək səviyyəli münasibətlərin mövcud olduğunu, iki ölkənin dövlət başçılarının səyləri nəticəsində bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. .
Pakistanın Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstəyindən, xüsusilə 44 günlük Vətən Müharibəsində ölkəmizə göstərdiyi siyasi dəstəkdən məmnunluq ifadə olunub. Bildirilib ki, iki ölkə beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlıq edir, Azərbaycan ilə Pakistan arasında sosial sahədə əlaqələr genişlənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.