Polşa hakimiyyəti Avropa Komissiyasından Ukrayna moruq və çiyələklərinin idxalına qadağa qoyulmasını istəyib
Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin rəhbəri Robert Telyus bildirib ki, ölkədə sabitliyin pozulması ilə əlaqədar Ukraynadan dondurulmuş moruq və çiyələk idxalına qadağa qoyulması üçün Avropa Komissiyasına müraciət etmək barədə qərar qəbul edilib.
Nazirin sözlərinə görə, ötən il və 2023-cü ilin ilk aylarında Polşaya Ukrayna çiyələyi və dondurulmuş moruq idxalı xeyli artıb.
"Bu, Polşa istehsalçıları üçün böyük çətinliklər yaradır və bazarı ciddi şəkildə destabilləşdirir" deyən Polşa nazirliyinin rəhbəri bildirib ki, Polşa Aİ-nin ticarət üzrə komissarı Valdis Dombrovskisə Ukraynadan gətirilən dondurulmuş moruq və çiyələklərin idxalı qadağan olunmuş mallar siyahısına daxil edilməsi xahişi ilə müraciət etmək qərarına gəlib. Müvafiq məktub tezliklə Avropa Komissiyasına təqdim olunacaq.
Bundan əvvəl Polşanın Kənd Təsərrüfatı Nazirliyi Aİ-ni Ukraynadan moruq idxalını qadağan etməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.