Azərbaycan və Çin istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında çərçivə sazişi imzalayıblar.
İqtisadiyyat Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Zhen Shanjie ilə Çində keçirilmiş görüşün yekunlarına görə imzalanıb.
Müqavilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən elm tutumlu sənaye və innovasiyalar sahəsində, həmçinin Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.