Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti, Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterink bu həftə Azərbaycana səfər edəcək.
Yurgen Riqterinkin Cənubi Qafqaza bir həftəlik səfəri bu gün başlayır. O, Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi, yeyinti sənayesində kadr potensialının gücləndirilməsinə yönəlmiş texniki və peşə təhsili və kadrların yenidən hazırlanması sahəsində dövlət-özəl tərəfdaşlığının başlanmasında iştirak edəcək.
Ümumiyyətlə, ölkələrin hər birinə səfər zamanı hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes rəhbərləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşlər gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.