Azərbaycan və Rusiya Federasiyası hökumətləri 2024-2026-cı illər üçün Bakı və Moskva arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə yol xəritəsi hazırlayacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” yazır.
Bu Fəaliyyət Planının 2023-cü ilin sonunadək hazırlanması planlaşdırılır.
“Bundan başqa, tərəflər arasında iqtisadi və investisiya əməkdaşlığı məsələləri üzrə işçi qrupunun görüşlərinin keçirilməsinə dair razılaşma var”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Bakı və Moskva turizmin inkişafı üzrə 2023-2025-ci illər üçün nəzərdə tutulmuş “yol xəritəsi”nin imzalanması barədə də razılığa gəliblər. “Bu sənəd bu ilin sonuna qədər imzalana bilər. Ümumiyyətlə, hər iki tərəf turizmin inkişafında, o cümlədən Xəzər dənizində turizmin inkişafı sahəsində əməkdaşlıqda maraqlıdır”, - deyə mənbə əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.