Oktyabrın 4-də İstanbulda Türk Dövlətləri Təşkilatına (OTT) üzv dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin iclası keçiriləcək. Azadmedia.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı deyib.
İclas iştirakçıları noyabrın 3-də Astanada keçirilməsi planlaşdırılan 10-cu yubiley OTG Sammitinin təşkilinə diqqət yetirəcəklər.
Bundan əlavə, tərəflər siyasi, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın cari məsələlərini müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.