Xəbər verdiyimiz kimi SOCAR "Azəriqaz" İstehsalat Birliyi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında məişət tipli qaz sayğaclarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə müqavilə imzalanıb. Əməkdaşlıq çərçivəsində məişət tipli qaz sayğacalara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, yəni, qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək.
Azadmedia.az xəbər verir ki, qaz cihazlarının əlçatan olması yeni yaşayış massivlərinin və ucqar kəndlərin qazlaşmasını da sürətləndirəcək. Əvvəllər abonentlərə qaz çəkilsə də, logistika səbəbindən anbarlarda sayğac olmaması halı yaşanırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.