AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya, Qazaxıstan və Özbəkistan beynəlxalq nəqliyyat dəhlizi yaradır

  • + A
  • - A
  • 2-11-2023, 14:31

    Rusiya, Qazaxıstan və Özbəkistan beynəlxalq nəqliyyat dəhlizi yaradır


    Daşkənddə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan və Rusiya-Xəzər dənizi-Türkmənistan-Özbəkistan-Qırğızıstan nəqliyyat dəhlizlərinə dair sənədlər imzalanıb. Azadmedia.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti və Qazaxıstan KİV-i məlumat yayıb.

    İmzalanma Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Nəqliyyat Forumu çərçivəsində baş tutub.

    Görüşün məqsədi ŞƏT ölkələrinin nəqliyyat və logistika sektorunun nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması olub.

    Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmiryolçuları Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə multimodal xidmətin inkişafı üçün paritet əsasda birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR