AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və Böyük Britaniya hərbi əməkdaşlıq haqqında razılığa gəliblər

  • + A
  • - A
  • 29-11-2023, 23:22

    Ermənistan və Böyük Britaniya hərbi əməkdaşlıq haqqında razılığa gəliblər

    Londonda Ermənistan və Böyük Britaniya nümayəndələri 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq planı imzalayıblar. Bu barədə KİV məlumat verir.

    Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Devid Morqan da Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib və regionda əlaqələri gücləndirmək barədə razılığa gəliblər.

    Ermənistan nümayəndə heyəti həmkarlarına ölkədəki təhlükəsizlik vəziyyəti, Azərbaycanla sülhün və regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar, orduda aparılan islahatlar barədə məlumat verib.

    Departament nümayəndələrinin növbəti, yeddinci iclası İrəvanda keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR