Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP28 Tərəflər Konfransının 28-ci sessiyasının baş icraçı direktoru Adnan Aminin dəvəti ilə BƏƏ-yə səfərə gedib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-5-də Dubayda COP28 çərçivəsində keçiriləcək dəyirmi masada, eləcə də ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunmuş tədbirdə iştirak edəcək. Azərbaycan pavilyonunda keçiriləcək.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.