AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Bakıya gəlib

  • + A
  • - A
  • 5-12-2023, 08:41

    Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Bakıya gəlib


    Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohamed Ben Sulayem Bakıya gəlib. Mohamed Ben Sulayem dekabrın 5-8-də paytaxtda keçiriləcək FİA-nın Baş Assambleyasında və FİA-nın Mükafatlandırma Mərasimində iştirak edəcək.

    Qeyd edək ki, FİA Həftəsində iştirak etmək üçün Bakıya 128 ölkədən nümayəndə və avtomobil klublarının nümayəndələri gələcək.

    Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərar ötən ilin dekabrında İtaliyanın Bolonya şəhərində FİA-nın Baş Assambleyasının iclasında qəbul edilib. Bir neçə ölkə beynəlxalq avtomobil idmanı tədbirini təşkil etmək üçün yarışdı. Səsvermənin nəticələrinə görə Azərbaycan qalib gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR