Xəbər verdiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib.
Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb.
Turizm strategiyası sektorunun rəhbəri Məhəmməd Muradovun verdiyi məlumata görə Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işləri davam edir. Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib. Qeyd edilib ki, bu günə qədər Şuşaya 1133 turist səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.