Anqola OPEK-dən çıxdığını elan etdi. Uzun müddətdir ki, ölkə neft hasilatı üzrə öhdəliklərini yerinə yetirmirdi.
Anqola OPEK-i tərk edir. Müvafiq məlumatı ölkənin Neft Nazirliyinin rəhbəri də təsdiqləyib.
Anqola uzun müddət neft hasilatı üzrə öhdəliklərini yerinə yetirmirdi. Onun hasilatı təqribən sutkada 1,1-1,2 milyon barel, icazə verilən həddi isə 1,455 milyon barel səviyyəsində olub.
Xatırladaq ki, Anqola 2007-ci ildən OPEK-in üzvüdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.