AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aktau limanından Bakı limanına neft nəqlinin həcmi artıb

  • + A
  • - A
  • 13-02-2024, 13:29

    Aktau limanından Bakı limanına neft nəqlinin həcmi artıb

    2024-cü ilin yanvar ayında Qazaxıstan neftinin Aktau limanından ixrac məqsədi ilə nəqlinin həcmi 287 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur.

    O cümlədən, Aktau limanından Bakı limanına neft nəqlinin həcmi 60 min ton artaraq 116 min ton təşkil edib.

    Mahaçqala limanı istiqamətində isə Aktau limanından 171 min ton Qazaxıstan nefti yola salınıb.
    Qeyd edək ki, Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində neft ixracının həcmini 1 milyon 392 min tona çatdırıb.

    2023-cü ildə “KazTransOil” SC Aktau limanından 3 milyon 376 min ton Qazaxıstan nefti ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 108 min ton çoxdur.

    Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Orta Dəhliz üzrə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” SC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Bakı istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR