AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Gürcüstan Tibbi Turizm Alyansı tibbi turizm sahəsində əməkdaşlıq edəcək

  • + A
  • - A
  • 29-04-2024, 14:58

    Azərbaycan və   Gürcüstan Tibbi Turizm Alyansı  tibbi turizm sahəsində əməkdaşlıq edəcək

    Gürcüstan Tibbi Turizm Alyansı ilə Azərbaycan Sağlamlıq və Termal Turizm Assosiasiyası arasında tibbi turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Azərbaycan Sağlamlıq və Termal Turizm Assosiasiyasından verilən məlumata görə, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı marağı ifadə edən sənəd müalicə və sağlamlıq turizmi sənayesi və onun inkişafı sahəsində təcrübə mübadiləsində qarşılıqlı fəaliyyəti, hər iki qurumun səlahiyyətində olan və qarşılıqlı maraq ifadə edən müalicə və sağlamlıq turizminin inkişafı məsələləri üzrə məlumat mübadiləsinin aparılması, müalicə və sağlamlıq turizminin inkişafı sahəsində fəaliyyətlərin həyata keçirilməsində səmərəli qarşılıqlı fəaliyyəti və digər istiqamətləri nəzərdə tutur.
    Memorandumun şərtlərinə görə, assosiasiyalar İordaniya və Azərbaycanda müalicə və sağlamlıq turizmi sahəsində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək edəcək, bir-birinə müalicə-sağlamlıq turizmi fəaliyyətinin təşkili və həyata keçirilməsində məlumat, tədris, metodiki və konsultativ yardım göstərəcək, təşkil etdikləri konfranslara, seminarlara, sərgilərə və digər konsepsiyalara bir-birini cəlb edəcək, müalicə və sağlamlıq turizmi fəaliyyətinin inkişafına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsində əməkdaşlıq edəcək, eyni zamanda peşəkar kadrların hazırlanmasında turizm təşkilatlarının işçiləri arasında əmək təcrübəsi mübadiləsində bir-birinə köməklik edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR