Xəbər verdiyimiz kimi Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi tədbiri keçirilib. Azadmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, ulduz təsnifatı regionlar üzrə də davam edəcək. Turizmin inkişaf yolundan danışan sədr qeyd edib ki, hotelçilik sənayesi pandemiya dövründə də, Vətən müharibəsi dövründə də yüksək sosial məsuliyyət nümayiş etdirib, dövlətin çağırışlarına daim dəstək olub.
Çıxışının sonunda Agentlik sədri COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcəklərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.