AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "Biçarə miskin aşiqəm..."

  • + A
  • - A
  • 3-03-2021, 20:15



    ...Biçarə miskin aşiqəm,
    əhvalım durulur bir gün.
    ...bir gün uçub tökülürəm,
    taxt-tacım qurulur bir gün.

    ...deyim, deyim nəyim yoxdu-
    ah!...naləmə neyim yoxdu!
    ...bir gün olur göyüm yoxdu,
    qanadım yorulur bir gün.

    ...əti, sümüyü, dərisi,
    yoxdu anrısı, bərisi —
    böylə, mən böylə birisi!
    ...hesabım sorulur bir gün.


    ***
    Hərənin öz yolu, öz yolağası...
    öz yolun yoxdusa — ən zulum budu!
    ...Qarsa da yol var, ondan yana da;
    qulağın dibində Ərzurum budu!

    Yolçu yolda olsa yolsuzluq bitər!
    ...yenə sələmçidi, sələmdi, neynək!
    Hanı, qara batmış qaramı batdı?
    Ərzurumda qalan Lələmdi, neynək!

    Beləmi lazımdı görən dağlara?
    Qar üstdən tökülüb...Alp qar altıdı!
    Ərzurumda qalan Lələmdi...neynək,
    ...yolda qar da olar, lap qaraltı da!

    Götürə bu qəmdən şəhər düzəldə...
    ...nə indi bir memar Sinan yeridi!
    ...Yolları bağlanan Ərzurum budu!
    ...kərən yox, Kərəmin sınan yeridi!

    Bayaqdan ağzımda söz danışıram,
    qaraçı tərifi söyləmirəm ki!
    ...neynim, qul da gedir şah gedən yolnan,
    qoy getsin, yolundan əyləmirəm ki!

    Paşa Talıblı
    Rusiya, Volqoqrad şəhəri...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR