AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirmişdir - ÖZƏL

  • + A
  • - A
  • 28-09-2023, 19:31

    Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirmişdir -


    Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirmişdir.

    II Qarabağ müharibəsi bizim şanlı tariximizdir.Azərbaycan xalqı öz şəhid və qaziləri,igid oğul və mərd qızları ilə qurur duyur.Xalqımız daim işğalçılara qarşı mübarizə apararaq milli kimliyini, ərazi bütövlüyünü qorumağa çalışmışdır.Bu qurtuluş savaşlaından biri də 27 sentyabrdan-10 noyabra qədər davam edən Vətən müharibəsidir.Bu, Qurtuluş savaşında minlərlə şəhid vermişik.Həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər olmuşdur.Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlüklə xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirmişdir.
    2020-ci il sentyabrın əvvəllərindən başlayaraq, düşmənin cəbhə xəttində aktivliyi müşahidə olunurdu.Ermənistan liderlərinin “yeni müharibə, yeni ərazilər” kimi şüarları düşmənin təcavüzkar ideyalarını reallaşdırmaq niyyətlərini aydın göstərirdi.Sentyabrın 26-dan başlayaraq düşmən cəbhə xəttindəki mövqelərimizi,yaşayış məntəqələrimizi intensiv atəşə tutdular.Düşmənin bu təxribatı nəticəsində mülki əhali arasında ölən və yaralılar oldu.Bunun qarşısını almaq üçün döyüş hazırlığı vəziyyətinə gətirilən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə sentyabrın 27-si səhər saat 6:00 da əks-hücuma keçərək “Dəmir Yumruq” əməliyyatına başladı.Bununlada 44 günlük Vətən müharibəsi başladı.
    XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatının ilk günlərindən Füzuli və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrini, eləcə də Ağdərə rayonunda bir sıra yüksəklikləri düşməndən azad etmişdir.Müharibənin ilk günlərindən xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi.2020-ci il sentyabrın 28-də ölkə ərazisində qismən səfərbərlik elan edilməsinə baxmayaraq, minlərlə vətəndaşlarımız vətən uğrunda döyüşməyə hazır olduğunu bildirmək üçün, hərbi komissarlığa müraciət etməyə başladılar.Damarında azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşı vətən torpağının düşməndən azad edilməsinə can atırdı.Bir növ Ali Baş Komandanın rəhbərliyi altında, xalq və ordu birliyi formalaşmışdı.Düşmənlərimizi də qorxudan bu idi.Xalqımız hər bir zaman olduğu kimi, Vətən müharibəsində də prezidentin ətrafında sıx birləşdi.Azərbaycan Respublikası heç bir zaman tarixdə bu qədər müstəqil, əzmli və azad olmamışdır.Bu inamı doğruldan Prezident və xalq vəhdəti oldu.Liderimizin qətiyyətinin nəticəsidir ki, Azərbaycan xalqı ən ağır vəziyyətdə də heç kimə baş əymədi, sözünü cəsarətlə və inamla deyə bildi.Beləliklə, Prezident İlham Əliyevin 27 sentyabrında xalqa müraciətində deyilirdi: “Biz öz torpağımızda vuruşuruq.Bu gün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir.Bu gün Azərbaycan ordusu öz torpaqlarında Azərbaycan ərazi bütövlüyünü qoruyur, müdafiə edir.Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və qoyulacaqdır.Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir.Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! ”
    Cənab prezidentin səsləndirdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikri ordu və xalqımız üçün bir şüara çevrildi.44 günlük davam edən Vətən müharibəsi nəticəsində, Azərbaycan ordusu düşmənə minlərlə əsgər itki verərək Cəbrayıl, Hadrud, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, yaşayış məntəqələri ilə birlikdə düşməndən azad edildi.Bu müharibənin qazanılması üçün biz şəhidlərimizə borcluyuq.Vətən müharibəsində şəhid olan üç minə yaxın şəhidimizin xatirəsini əbədiləşdirmək üçün Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı Vətən müharibəsinin yekunları ilə bağlı fərman və sərəncamları əsasında 27 sentyabr “Anım Günü” təsis edildi.Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alındı.4 dekabr saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Azərbaycan xalqı vətən uğrunda şəhid olan övladlarını daim öz qəlbində yaşadıb və yaşadacaqdır.Allah şəhidlərimizi rəhmət etsin.


    İmanov Cavidan Masallı rayon Mahmudavar kənd tam orta məktəbin tarix müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR