AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə - ÖZƏL

  • + A
  • - A
  • 15-03-2024, 16:08

    Azərbaycan-Qazaxıstan  münasibətləri ən yeni mərhələdə -


    Masallı, 15 mart — Azadmedia.az

    Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə

    Azərbaycan və Qazaxıstan xalqları arasında münasibətlərin tarixi qədim köklərə malikdir.Azərbaycanlılar və qazaxları bir çox dəyərlər birləşdirir-eyni kökə, mədəniyyətə və dini ənənələrə malikdirlər.
    Hər iki xalq həm çar Rusiyası,həm də sovetlər ittifaqı dövründə eyni mərkəzdən idarə olunublar.1930-cu illərdə minlərlə azərbaycanlı ailəsi Qazaxıstana sürgün olunmuşdur.Hal-hazırda Qazaxıstan Respublikasında 300 mində çox azərbaycanlı yaşayır və onlar bu ölkənin ictimai-siyasi və mədəni həyatında çox fəal iştirak edirlər.Həm Azərbaycan Respublikası,həm də Qazaxıstan Respublikası SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar.1990-cı ildə Bakıda dinc əhaliyə qarşı törədilən qırğınlar zamanı böyük qazax yazıçısı Oljas Süleymanov Azərbaycanın haqq səsini SSRİ Ali sovetinin iclasında bəyan etdi. Azərbaycan və Qazaxıstan Respublikaları arasındakı diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulmuşdur.Bakıda Qazaxıstan səfirliyi 9 yanvar 1993-cu ildə fəaliyyətə başlamışdır.11 aprel 1997-ci ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi təsis edilsə də, fəaliyyətə 7 il sonra 1 mart 2004-cü ildə başlamışdır.Bundan əlavə 30 aprel 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Aktau şəhərində Baş Konsulluq təşkil edilmiş və 6 sentyabr tarixində fəaliyyətə başlamışdır.
    Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan-Qazaxıstan münasibətləri sürətlə inkişaf etməyə başladı.1994-cü ildə Türk dövlət başçılarının 2-ci zirvə görüşündə ulu öndər Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iki ölkə arasında münasibətləri inkişaf etdirmək barədə qərar qəbul etdilər.
    2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin Qazaxıstana ilk səfəri 2004-cü ilin martında baş vermişdir.Bu səfər zamanı Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək haqqında razılığa gəliblər.2005-ci ilin mayın 24-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalandı.
    44 günlük Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmindəki reytinqi daha da yüksəldi.Son illər Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı xeyli artıb.Bu günlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin prezident İlham Əliyevlə keçirtdiyi görüşlərdə səslənən fikirlər də bundan xəbər verir.İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstan prezidentinin təşəbbüsüdür. Qazaxıstan prezidenti qeyd etmişdir ki, bu mərkəz xalqlarımızın dostluğunun bir simvoluna çevriləcək.İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb.Qazaxıstan prezidenti həmçinin Şuşa şəhərində olmuş,burada görülən işlərlə tanış olmuş.
    Ümumiyyətlə Azərbaycan-Qazaxıstan əlaqələri günü-gündən inkişaf edir, strateji əhəmiyyət daşıyır və gələcəkdə daha yüksək səviyyəyə qalxacaqdır

    Uğur Ağayev – Masallı rayon Qızılavar kənd tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR