AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Elza Seyidcahan məni təhqir etdi” - VİDEO

  • + A
  • - A
  • 27-02-2021, 20:00


    Müğənni Türkan Vəlizadə Əməkdar artist Elza Seyidcahanın tənqidlərinə cavab verib.

    Azadmedia.az xəbər verir ki, sənətçi “Günə bir şou” proqramında Seyidcahanın onu təhqir etdiyini bildirib:

    “Deyir ki, Türkan və Pərvizə qulaq asmıram. Amma sonra bizim mahnımızı zümzümə etdi. Deməli, siz bizə qulaq asırsınız. Onun dediklərini eşitməməzlikdən gəlirik. Elza və digər sənətçilər var ki, bizi təhqir edirlər. Böyükdürlər, cavab vermirik. Həm də öz tamaşaçılarımıza hörmətsizlik etmək istəmirik. Onların ixtiyarı yoxdur bizim tamaşaçıları təhqir etsinlər”.

    Qeyd edək ki, E.Seyidcahan “Məni öldürmək istəyirsinizsə, bir otağa salıb Türkan, Pərviz Bülbülə, Damla və Şəbnəm Tovuzlunun mahnılarını səsləndirin” sözlərini demişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR