AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədəbi düşüncələr

  • + A
  • - A
  • 8-07-2021, 14:49


    Esmira İsmayılova
    Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

    Hər kitab müəllifin özünə hesabatı, oxucularla ünsiyyəti, görüşüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Abdullayevanın bu günlərdə çap olunmuş yeni- “Ədəbi düşüncələr” kitabı müəllifin oxucularla onuncu görüşüdür.
    Kitaba müəllifin son illərdə yazdığı elmi-tənqidi məqalələri, bədii oçerk və araşdırmaları daxil edilib. Yeni monoqrafiyasında Təranə Abdullayeva M.F.Axundzadənin yaradıcılığına, bu yaradıcılığın hələ tam araşdırılmamış hissəsinə geniş yer ayırıb. “Mirzə Fətəli Axundzadənin şeir yaradıcılığı” məqaləsində müəllif araşdırmasını iki istiqamətdə aparmaqla ədibin şeir yaradıcılığını “M.F.Axundzadənin klassik uslubda yazdığı şeirləri”, “M.F.Axundzadənin heca vəznli şeirləri” nə ayıraraq təhlil edib.Təhlil zamanı müəllifin arxiv materiallarına geniş yer verməsi, bu günə kimi çap olunmuş əsərləri müqayisəli şəkildə araşdırmaya cəlb edərək ümumiləşdirmələr aparması kitabı oxucu üçün maraqlı edir. Məqalədə müəllif M.F.Axundzadənin bu günə kimi elm aləminə məlum olan , fars və ana dillərində yazdığı şeirlərdən bəhs etməklə kifayətlənmir, onlarla bağlı şərhləri,yeni məqamları, əlavə tapıntılarını da oxuculara təqdim edir.
    Monoqrafiyada Təranə Abdullayeva M.F.Axundzadənin Türkiyə həyatını ayrıca yer ayırıb. “Mirzə Fətəli Axundzadə İstanbulda” məqaləsində ədibin yeni əlifba uğrunda apardığı mübarizə yeni faktlar və araşdırmalar əsasında oxucuya təqdim edilir. “Mirzə Fətəli Axundzadə və Məhəmməd ağa Şahtaxtlı” məqaləsində XIX yüzilliyin sonlarından başlayaraq mətbuat və ədəbiyyatımızda “Azərbaycan dili” və “Azərbaycan xalqı” anlayışlarının istifadə olunması, azərbaycançılıq məfkurəsinin formalaşması əksini tapır.
    T.Abdullayevanın yeni kitabında M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına həsr etdiyi “M.Ə.Rəsulzadənin şeirləri Füyuzatın səhifələrində”, “M.Ə.Rəsulzadənin hekayələri”, “M.Ə.Rəsulzadənin dramları”, “M.Ə.Rəsulzadənin “ Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” əsəri memuar ədəbiyyatı nümunəsi kimi” məqalələri bu işıqlı düşüncə sahibinin həyat və yaradıcılığı ilə bağlı oxucuya yeni bilgilər verir.
    “M.Hadi T.Fikrət və onun ədəbi irsi haqqında”, “M.Hadinin poetik irsi Türkiyə mətbuatında” , “M.Şahtaxtlı irsinin tədqiqinə dair”, “M.Şahtaxtlı və güney Azərbaycan”, “M.Şahtaxtlı və ana dili” məqalələrində ədəbiyyat həvəskarları, tələbə, magistrant və doktorantlar üçün maraqlı məlumatlar çoxdur.
    “Ədəbi düşüncələr” ədəbiyyatşünaslar, söz-sənət həvəskarları üçün nəzərdə tutulsa da, kitabda Azərbaycan ədəbiyyatının korifey sənətkarlarının həyat və yaradıcılıqlarının bu günə qədər açılmamış səhifələrindən söz açılması onu geniş oxucu kütlələri üçün də maraqlı edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR