AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Respublikası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı protokolu təsdiqləyib

  • + A
  • - A
  • 15-07-2021, 21:44


    Qazaxıstan höküməti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib. “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiqlənməsi ilə bağlı sənəd Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tərəfindən imzalanıb.
    Sənəddə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 28 noyabr 2020-ci ildə İstanbulda imzalanan “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokolu”-nun təsdiq edilməsi və bu qərarın imzalandığı gündən qüvvəyə minməsi qeyd edilir.
    Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.
    Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fondun maliyyələşdirilməsi ilə bağlı protokol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən artıq təsdiqlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR