AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitab çap etdiriləcək

  • + A
  • - A
  • 8-05-2021, 19:10


    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumilli lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitab çap etdiriləcək

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevə həsr olunan “ Heydər Əliyev və ümumtürk mədəni irsi ” adlı kitab Türkiyədə işıq üzü görəcəkdir.
    Kitabda Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin ümumtürk mədəniyyətinin inkişafı, gücləndirilməsi, görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunması, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində verdiyi misilsiz töhvələrlə bağlı məlumatlar əks olunacaqdır. Kitabda eyni zamanda Heydər Əliyevin türkdilli xalqların tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən bəhs edən fotoşəkillər, ziyalıların onun haqqında xatirələri yer alacaqdır.
    Nəşrin rəyçisi Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR