AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Misirin tanınmış rəssamı İnes Eissanın ustad dərsləri baş tutdu

  • + A
  • - A
  • 7-02-2022, 16:22

    Bakıda Misirin tanınmış rəssamı İnes Eissanın ustad dərsləri baş tutdu

    Bu gün Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında Misirin tanınmış rəssamı İnessa Easin gənc rəssamlara ustad dərsləri keçirildi.
    Azadmedia.az xəbər verir ki, tanınmış rəssam İnessa Easin şagirdlərə yeni üsul praktikadan istifadə qaydalarından bəhs edərək bunun rəssamlıq sənətinə gətirəcəyi yeni ideyadan danışıb. Sonra onlara öz rəssamlıq metodlarının sirlərini bölüşüb.
    O, Azərbaycanda Günay Mehdizadə, Tahir Salahov, Sakit Məmmədov kimi tanınmış rəssamların əl işləri ilə tanış olmaq imkanı əldə etdiyini bildirib. Onların hər birinin öz dəsti-xətti olduğunu və bu rəssamların əsələrinin böyük maraq kəsb etdiyini vurğulayıb. Azərbaycanın müasir ölkə olduğunu və burada incəsənət' böyük sevgi və qayğı ilə yanaşıldığını vurğulayan İnessa Easin Azərbaycan xalqının öz adət-ənənələrini və milli dəyəylərini qoruyub-saxlamağı bacardığını dilə gətirib.
    İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova mətbuata açıqlamasında bu cür ustad dərslərinin həm şagirdlərin dünyagörüşünün formalaşmasında, həm də gələcəkdə yaradıcılıq işlərində mühüm rol oyanacağını vurğulayıb. Onun sözlərinə görə, şagirdlərin fərqli yanaşama tərzi olan rəssamların işləmə prisnipi ilə tanış olması onların gələcək fəaliyyətlərində də müstəsna xidmətləri olacaq. Ustad dəslərinin sonunda Gimnaziya tərəfindən rəssama təşəkkürnamə təqdim edildi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR