Mayın 4-də Rumıniyada ikinci prezident seçkiləri keçiriləcək. RİA "Novosti" xəbər verir ki, bu barədə Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Rumıniya Macarlarının Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilir.
“Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - məlumatda deyilir.
Noyabrın sonunda Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda Georgesku qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermədə lider olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığın tərəfdarı olan “Rumıniyanın Qurtuluş İttifaqı” müxalifət partiyasının lideri Yelena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından Georgesku və Laskoninin iştirakı ilə seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulurdu.
Dekabrın 8-də seçki məntəqələri açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi fövqəladə iclasdan sonra prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib. Rumıniya prezidenti Klaus İohannis bildirib ki, Georgescu-nun seçki kampaniyasına xarici dövlətdən dəstək aldığı iddia edildiyi üçün seçkilər ləğv edilib. Daha sonra bu məlumatı Konstitusiya Məhkəməsi də təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.