Britaniya və Avropa müttəfiqləri Ukraynaya 30 min yeni pilotsuz uçuş aparatı (PUA) göndərəcək. Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
“Böyük Britaniya və Latviyanın başçılıq etdiyi beynəlxalq pilotsuz uçuş aparatları koalisiyası tərəfindən 45 milyon funt sterlinq dəyərində müqavilələrin yerləşdirilməsindən sonra Ukraynaya 30 min yeni dron göndəriləcək”, - deyə məlumatda bildirilir.
Böyük Britaniya, Latviya, Danimarka, İsveç və Hollandiya pilotsuz təyyarələrin alınmasını maliyyələşdirəcək.
Mətndə qeyd olunur ki, söhbət Ukrayna hərbçilərinin Rusiya mövqelərinə və zirehli texnikalarına hücum etməyə imkan verəcək birinci şəxs baxışı ilə müasir PUA-lardan gedir.
Yanvarın 9-da Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun Ramşteyn aviabazasında keçirilən iclasında Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərini ölkə ərazisində pilotsuz təyyarələrin istehsalına investisiya qoymağa çağırıb. Siyasətçi qeyd edib ki, pilotsuz təyyarələr xüsusi hərbi əməliyyatlar zonasında Rusiya ordusunun hücumunu cilovlamağa və Ukrayna Silahlı Qüvvələrinin itkilərini minimuma endirməyə imkan verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.