Polşada Kanada vətəndaşı Rusiya kəşfiyyatına işlədiyi iddiası ilə 8 aylıq həbs cəzasına məhkum edilib. Bu barədə Polşa Milli Prokurorluğu məlumat yayıb.
“Bu gün 18 yaşlı kanadalı Polşa Respublikasına qarşı yönəlmiş fəaliyyətdə iştirak etdiyinə görə cəzalandırılıb”, - məlumatda deyilir.
Məlumata görə, kanadalı Donetskdə işə götürülüb və ona Polşanın hərbi potensialı və Polşa ordusunda xidmət edən kadrlar haqqında məlumatların toplanması və Rusiya kəşfiyyat orqanlarına ötürülməsi tapşırılıb.
Məhkəmə ittiham aktının iddia edilən maddəsi ilə müqayisədə daha yüngül cəza təyin edib və onun 23 may 2024-cü il tarixindən həbsdə saxlandığı vaxtı cəzası kimi nəzərə alıb.
Yanvarın 8-də Almaniya hakimiyyətinin pilotsuz təyyarələrin köməyi ilə ölkənin təhlükəsizlik sistemində casusluqla bağlı çoxsaylı şikayətlərin qeydə alındığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.