AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kobaxidzedən Trampın andiçmə mərasimində Gürcüstan rəhbərliyinin iştirak etməməsinə İZAH

  • + A
  • - A
  • Dünən, 23:44

    Kobaxidzedən Trampın andiçmə mərasimində Gürcüstan rəhbərliyinin iştirak etməməsinə İZAH

    Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze niyə Donald Trampın andiçmə mərasimində Gürcüstan hakimiyyətindən nümayəndə heyətinin olmayacağını açıqlayıb. O, bunun xarici siyasi liderlərin tədbirə buraxılmaması ilə bağlı olduğunu bildirib.
    Gürcüstan hakimiyyəti ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə nümayəndə heyəti göndərməmək qərarına gəlib. Səbəbini ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb.

    “ABŞ prezidentinin andiçmə mərasiminin öz protokolu olduğunu və xarici siyasi liderlərin iştirakına icazə verilmədiyini nəzərə alaraq, müvafiq qərar qəbul etdik”. - İrakli Kobaxidze deyib.

    O, Gürcüstan rəhbərliyinin ABŞ-la strateji tərəfdaşlığın bərpası üçün lazım olan hər şeyi etdiyini və Trampın yeni administrasiyasından bu istiqamətdə addımlar gözlədiyini vurğulayıb.

    Bəzi gürcü siyasətçiləri andiçmə mərasimində iştirak edəcəklər, lakin bu, onların seçimidir, deyə İrakli Kobaxidze əlavə edib.

    Xatırladaq ki, Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimində Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili və müxalifətin “Güclü Gürcüstan” koalisiyasının nümayəndələri, o cümlədən onun lideri Mamuka Mdinaradze iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR