Ağ Ev ABŞ prezidenti Donald Trampın ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı fərmanını dərc edib,
Sənəddə qeyd edilir ki, buna səbəb təşkilatın Çinin Uhan şəhərində yaranan COVID-19 pandemiyasına və digər qlobal sağlamlıq böhranlarına qarşı düzgün davranmamasıdır. Qeyd edilir ki, ÜST təcili ehtiyac duyulan islahatları həyata keçirə bilməməsi və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlərin qeyri-qanuni siyasi təsirindən müstəqillik nümayiş etdirə bilmədiyi üçün lazımsız qurumdur.
Bundan əlavə, ÜST ABŞ-dan digər ölkələr tərəfindən edilən ödənişlərlə mütənasib olmayan ədalətsiz, ağır töhfələr tələb etməyə davam edir. Xüsusilə, 1,4 milyard əhalisi olan Çin ABŞ əhalisinin 300 faizini təşkil edir, lakin ÜST-ə demək olar ki, 90 faiz az pul verir.
“US Today” yazır ki, Badenin administrasiyası zamanı Birləşmiş Ştatlar agentliyə ən böyük töhfə verən ölkə olub, onun cari maliyyə ilində büdcəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da demək olar ki, beşdə biri ABŞ-dan gəlib.
Tramp ilk administrasiyası zamanı ÜST-dən çıxmaq prosesini başlatdı, bundan sonra onun varisi Bayden bu qərarı ləğv etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.