Kiyevin Peçersk rayon məhkəməsi Xarkov vilayətinin müdafiəsinin uğursuzluğa düçar olması işi üzrə saxlanılan Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Artur Qorbenkonu həbs edib. Bu barədə RİA Novosti Ukrayna KİV-nə istinadən xəbər verir.
Qeyd olunur ki, Qorbenko 25 milyon qrivna (595 min dollar) girov müqabilində iki ay müddətinə həbsə göndərilib.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin iki generalı və bir polkovnikinin saxlanılması barədə də məlumat yayılmışdı. Onlar “2024-cü ilin mayında Xarkov vilayətində ərazilərin itirilməsinə” səbəb olan səhlənkarlıq və hərəkətsizlikdə ittiham olunurlar.
Bundan əvvəl Ali Rada Ukrayna Silahlı Qüvvələrinin generallarının həbsini şərh edərək bildirmişdi ki, Vladimir Zelenskinin ofisi cəbhədəki itki və uğursuzluqlara görə məsuliyyəti hərbçilərin üzərinə yükləmək üçün “cadugər ovu”na başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.